!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BP-nin regional prezidentindən Azərbaycana DƏSTƏK: “Bu, ortaq strateji maraqlarımıza uyğundur” - Politoloq

!Reklam – Yazi

“Bu yanaşma BP-nin prosesdə obyektiv və ədalətli mövqe tutduğunu nümayiş etdirir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Consun baş nazir Əli Əsədova məktubunda ölkəmizin öz ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizədə Azərbaycana dəstək verməsini şərh edən politoloq Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəylinin sözlərinə görə, BP-nin regional prezidentinin bu mövqeyi ortaq strateji maraqlara uyğundur:

“Bildiyiniz kimi, BP dünyanın transmilli, nəhəng şirkətlərindən biridir. Eyni zamanda, qlobal siyasi proseslərə təsir imkanlarına malik olan iqtisadi mərkəzdir.

O baxımdan, düşünürəm ki, BP tərəfindən Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi həm bizim ortaq strateji maraqlarımıza uyğun gələn məsələdir, həm də BP-nin prosesdə obyektiv və ədalətli mövqe tutduğunun nümayişidir. Təbii ki, bu, çox önəmli faktordur”.

Qeyd edək ki, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Consun baş nazir Əli Əsədova məktubunda Azərbaycanın öz ərazi bütövlüyünün bərpa edilməsi uğrunda apardığı mübarizədə Azərbaycan xalqına dəstək ifadə edilib.

Cons Gəncə şəhərinin və eləcə də Azərbaycanın digər şəhər və kəndlərinin son günlərdə atəşə tutulması nəticəsində mülki əhali arasında itkilərin olması xəbərindən dərindən kədərləndiyini vurğulayıb, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyan bu dövrdə cari neft və qazın hasilatı və nəqli prosesinin fasiləsiz həyata keçirilməsini təmin etmək üçün BP heyəti tərəfindən bütün mümkün səylərin göstərildiyi qeyd olunub.

Aqil Bəkir

www.yenicag.az

3122
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv