Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Braqa” – “Qarabağ” oyununun hakimləri bəlli olub.
Yenicag.az xəbər verir ki, Portuqaliyada baş tutacaq matçı danimarkalı Morten Kroq idarə edəcək. Onun köməkçiləri Vollenberq Rasmussen və Stefen Bramsen olacaqlar.
Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Rob Dieperink (Niderland), onun assistenti Yonas Hansen (Danimarka) olacaq.
Qeyd edək ki, fevralın 15-də Braqa şəhərindəki “Estadio Munisipal”da baş tutacaq matç Bakı vaxtı ilə 00:00-da başlayacaq
www.yenicag.az