Braziliya faciənin astanasında

media-hightechnic-468x90

57155Braziliyada insan həyatı üçün təhlükəli olan Denqe virusu geniş vüsət alıb. Yenicag.az anspress-ə istinadən xəbər verir ki, virusdan əziyyət çəkənlərin sayı San Paulu ştatında daha çoxdur.

Rəsmilər bu il ərzində ölkə üzrə 460 mindən çox insanın bu virusa yoluxduğunu açıqlayıblar. Virus daşıyıcılarından 130-u dünyasını dəyişib.

Denqe virusu ağcaqanad vasitəsi ilə yoluxur və epidemiyanın sürətlə yayılmasına səbəb kimi isə, havaların nəm olması göstərilir.

Hələlik virusa qarşı heç bir peyvənd tapılmayıb. Rəsmilər vəziyyətlə əlaqədar insanlara su hövzəsi ətrafından uzaq durmağı və yatarkən ağcaqanada qarşı vasitələrdən istifadə etməyi məsləhət görüb.

Epidemiya ilə əlaqədar ölkənin milli futbol komandası da həyəcan təbili elan edib. Aralarında Korintians futbol klubunun futbolçusu Paolu Qerreru da olmaqla millinin 3 oyunçusunda virus aşkarlanıb.

Braziliya hökuməti ölümcül epidemiyanın qarşısını almaq üçün hərbi qüvvələri maarifləndirmə işlərinə cəlb edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600