Braziliyada eks-nazir barəsində həbs qərarı çıxarıldı

media-hightechnic-468x90

Braziliyada keçmiş ədliyyə naziri və Braziliya Federal Dairəsinin keçmiş təhlükəsizlik naziri Anderson Torresin konqresə basqındakı “səhlənkarlığına” görə həbs qərarı çıxarılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki hakim Alexandre de Moraes, keçmiş prezident Jair Bolsonaronun tərəfdarlarının Konqresə, Prezident Sarayına və Ali Məhkəməyə yanvarın 8-də keçirdiyi reyddə Torresi paytaxtın təhlükəsizlik naziri vəzifəsini yerinə yetirməməkdə günahlandırıb.

Hakim Moraes Torresin nəzarətə götürüldüyünü açıqlayıb.

Bildirilib ki, ona qarşı irəli sürülən ittihamları rədd edən Torres ötən həftə ABŞ-a istirahətə gedib və ölkəyə qayıdacağı tarix məlum deyil. İstintaq çərçivəsində polis qrupları Torresin Braziliyadakı evində axtarış aparıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05