Braziliyanın paytaxtında kütləvi iğtişaşlarda 32 nəfər xəsarət alıb

media-hightechnic-468x90
30 polis əməkdaşı və 2 nümayişçi Braziliyanın paytaxtında, prezident sarayının yanında baş verən kütləvi iğtişaşlarda xəsarət alıb.

 

APA-nın İTAR-TASS agentlyinə istinadən verdiyi məlumata əsasən, toqquşmalar ölkədə aqrar islahatların həyata keçirilməsini tələb edən Torpaqsız kəndlilər Hərəkatı tərəfindən törədilib.

 

Hərəkatın təşkil etdiyi etiraz aksiyasında ən azı 15 min adam iştirak edib. Prezident administrasiyasının rəhbəri Jilbertu Karvalyu nümayişçilərin nümayəndələri ilə görüşərək  onları bu gün ölkə başçısı Dilma Rusef tərəfindən qəbul ediləcəklərini bildirib.

 

Qeyd edək ki, adıçəkilən Hərəkat bu il özünün otuz illiyini qeyd edir. Bu müddət ərzində Torpaqsız kəndlilər Hərəkatı nüfuzlu sol yönümlü sosial hərəkata çevrilib. Təşkilatın fəaliyyəti nəticəsində 350 min ailə torpaq sahəsinə yiyələnib.

 

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600