"Brent" nefti 3 %-ə yaxın bahalaşıb

media-hightechnic-468x90

İranın Hörmüz boğazını bağlayacağı ilə bağlı bəyanatları fonunda neft bahalaşıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu ticarət məlumatları təsdiqləyir.

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 2,02 ABŞ dolları (2,6 %) artaraq 1 barel üçün 79,76 ABŞ dolları təşkil edib.

Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 1,45 ABŞ dolları (2,04 %) artaraq 1 barel üçün 72,68 ABŞ dolları olub.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanlığının nümayəndəsi bəyan edib ki, İsrail və ABŞ-nin ölkəsinə endirdiyi zərbələrə cavab olaraq SEPAH Hörmüz boğazı vasitəsilə neft tankerlərinin hərəkətinin tam dayandırılmasını təmin edəcək. Qlobal neft tədarükünün təxminən 20 %-i isə məhz bu boğaz vasitəsilə həyata keçirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05