!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Brent” neftinin qiyməti kəskin ARTDI - 31 dolları ötdü

!Reklam – Yazi

18:27

“Brent” markalı neftin bahalaşması sürətlə davam edir.

Yenicag.az xəbər verir ki, Bakı vaxtı ilə saat 18:17-də “Brent” markalı neftin bir bareli üçün iyul fyuçerslərinin qiyməti 11,43% artaraq 30,31 ABŞ dollarına bərabər olub.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 17,66% artaraq 23,99 ABŞ dolları olub.

Qeyd edək ki, sonuncu dəfə “Brent” neftinin qiymətinin 30 dollardan çox olması cari ilin aprelin 15-də qeydə alınıb.

***

Brent markalı neftin qiyməti 14 apreldən sonra ilk dəfə 31 ABŞ dolları ötüb.

Bakı vaxtı ilə saat 22:39-da “Brent” markalı neftin bir bareli üçün iyul fyuçerslərinin qiyməti 14,26% artaraq bir barelə görə 31,08 ABŞ dollarına bərabər olub.

www.yenicag.az

1878
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv