!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Brent”in qiyməti 80 dollara qədər artacaq - “Goldman Sachs”

!Reklam – Yazi

“Brent” markalı xam neftin bir barrelinin qiyməti 70-80 dollar arasında dəyişəcək.

Yenicag.az xəbər verir ki, “qara qızıl”ın son dövrdəki dəyişkən qiymətini təhlil edən ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” bu fikirdədir.

Bank qlobal ehtiyatların aşağı, neft tələbatının isə artmağa davam edəcəyi və nəticədə neft bazarında təklif boşluğunun yaranacağına dair proqnozunu dəyişmədiyini bildirib: “Səudiyyə Ərəbistanının neft istehsalındakı artımın bu ilin üçüncü rübündə bazarda təklif bolluğu yaratma riski yaradır. “Brent” neftinin bir barrelinin qiymətinin 70-80 dollar arasında dəyişəcəyi nəzərdə tutulur. ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsi bazarda təklif kəsiri yarada bilər. “Brent”in qiymətinin yenidən 80 dollar/barrel səviyyəsinə çatacağını gözləyirik. Lakin ABŞ-ın neft siyasəti ilə əlaqədar olaraq bu proses əvvəllər nəzərdə tutulduğu kimi yayda yox, ilin son rübündə reallaşa bilər”.

COP29

www.yenicag.az

1448
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv