Britaniya Rusiyanı hədələdi
Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond Rusiyanın Ukraynaya hərbi texnik yeritməsinə dair yayılan xəbərdən narahatçılığını ifadə edib, – “RİA Novosti”.
Hammond bunun müqabilində Rusiyanı yeni sanksiyalarla hədələyib.
“Böyük Britaniya Ukrayna xalqı ilə hakimiyyətini dəstəkləyir. Britaniya Ukraynanın Rusiya tərəfindən dəstəklənən separatçılara qaşı apardığı mübarizəni də dəstəkləyir. Mən Rusiyanın Ukrayna ərazisinə göndərdiyi ağır hərbi texnika haqqında yayılan məlumatdan narahatçılıq hiss edirəm”, – deyə o, bildirib.
“Mən Putini Misnk sazişində Rusiyanın üzərinə götürdüyü öhdəliləri yerinə yetirməyə çağırıram. Bu sazişə əsasən, Rusiya separatçılara dəstək verməkdən əl çəkməlidir. Rusiya Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Bu baş verməyəcəi təqdirdə Rusiya yeni sanksiyalar ilə üzbəüz qalacaq.
Bundan əvvəl Britaniyanın baş naziri Devid Kemeron bildirmişdi ki, Birləşmiş Krallıq Rusiya ilə soyuq müharibə istəmir, lakin sanksiyaları sərtləştirməyə hazırdır.(topnews)