Böyük Britaniyanın səfiri Debora Bronnert Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenicag.az xəbər verir ki, buna səbəb kimi Ukraynanın Rusiyanın müvəqqəti işğalı altında olan Krım yarımadasının Sevastopol şəhərinə hücumda Britaniya Hərbi Dəniz Qüvvələrinin iştirakı göstərilib.
Bildirilib ki, Rusiya Xarici İşlər Nazirliyinin binasının girişində diplomatı bir qrup tələbə “Britaniya terrorçu ölkədir” şüarları ilə qarşılayıb.
Xatırladaq ki, oktyabrın 19-da Rusiyanın Qara Dəniz Donanmasının Sevastopoldakı gəmilərinə hücum həyata keçirilmişdi. Buna cavab olaraq Rusiya “taxıl sazişi”ndən birtərəfli qaydada çıxmışdı.
www.yenicag.az