“Bu adam 240 min manat vergidən yayınıb”

media-hightechnic-468x90

siyavus“Son dövrlər bir qrup beynəlxalq təşkilatlar Azərbaycan dövləti haqqında olmazın şər-böhtan danışır”. Yenicag.az azadinform-a istinadən bildirir ki, bunu YAP icra katibin müavini Siyavuş Novruzov deyib.
Millət vəkili deyib ki, “Eurovision” ərəfəsində də belə kampaniya gedirdi: “Onlar erməni mənşəli şəxsləri – qrant verib sonra şapka aldığı şəxsləri dəstəkləyirlər. Burada bir qrup şəxs də onlara material ötürür. Bunlar AXCP sədri Əli Kərimli, onun ətrafı, erməni mənbələrindən qidalanan QHT-lərdir. Hesab edirəm ki, millət vəkilləri, ombudsman öz xətləri ilə bu məsələdə mövqeyini ortaya qoysun. Belə bir möhtəşəm tədbir bizim ölkəmizdə keçirilir. Hörmətli Mehriban xanım Əliyeva ölkələri bir-bir gəzərək təbliğat işi aparır, təqdimatlar keçirir. İsveçrə səfirliyində bir adamı 6 aydır gizlədirlər. Bu adam milyonlarla qrant alıb, 240 min manat vergidən yayınıb. Mən təklif edirəm ki, Ombudsman İsveçrə səfirliyinə müraciət etsin. Qoy bu səfirlik 3 gün də məcburi köçkünə yemək versin. Hələ bir dəfə eşitməmişik ki, bu qurumlar həkimi, müəllimi müdafiə etsin”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600