!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu adaya köçənlərə 2000 avro ödəniləcək

!Reklam – Yazi

Dünyanın bir çox ölkəsi artan insan sayısı ilə necə başa çıxacağını düşünərkən bəzi bölgələrdə insanların yaşaması üçün pul verilir.

Şəhərlərinin tamamilə boşalmasının qarşısını almağa çalışanlar bu ərazilərə köçənlərə bir çox üstünlüklər təklif edir.

Yenicag.az həmin şəhərlərin siyahısını təqdim edir:

Çuha adası- Yunanıstan

Möhtəşəm təbiəti və yumşaq iqliminə rəğmən bu adada sadəcə 40 nəfər yaşayır. Adaya köçənlərə 3 il ərzində ayda 500 euro maaş verilir. Yunanıstanın paytaxtından 4 ailə bu proqramdan istifadə edərək Çuhaya köçüb.

Candela- İtaliya
Cənub İtaliyada yerləşən bu ada dar küçələri və tarixi evləri ilə diqqət çəkir. 90cı illərdə turistik məkan olan Candelada 8000 insan yaşayırdı. Günümüzdə isə əhali sayısı gənclərin böyük şəhərlərə köçməsi ilə 2000 nəfərə enib. Bu səbəbdən Candela bələdiyyəsi adaya yeni köçən subaylara 800 avro, evlilərə  1200 avro və 4 nəfərlik k ailələrə 2000 avro ödəmə edir.

Vermont- ABŞ

Dünyanı dörd bir tərəfindən insanlar ABŞ’a köç etsə də bəzi bölgələri nüfuz azlığından şikayət edir. Bu il başlatdığı proqramla Vermont bura köçənlərə 2 il ərzində ildə 5000 avro ödəmə edir.

Tulsa- ABŞ
Oklahama əyalətində yerləşən Tulsa da Vermont Kimi insan azlığından şikayət edir. Bu şəhərə köçənlərə 10 min dollar qrant verilir.

Santiaqo- Şili
“Start-up Şili” proqramı ərzində paytaxt Santiaqoda iş quranlara 40 min dollar maliyyə ayrılır. Qadın sahibkarlara isə əlavə üstünlüklər verilir. Bil il proqramdan 12 fərqli ölkədən sahibkar yaralanıb.

Asli İsmayılzade

COP29

www.yenicag.az

8110
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv