Bu asteroidin Yer üçün təhlükəsi yoxdur

media-hightechnic-468x90

siaphoto_448496Rusiya alimləri tərəfindən bu ilin oktyabr ayında aşkar edilən diametri 370 metrdən çox olan asteroid azı 150 il Yer üçün heç bir təhlükə yaratmayacaq. Bu barədə məlumat verən ABŞ-ın Aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) Günəş ətrafında üç ilə dövrə vuran asteroidin planetimizi təhdid etmədiyini bildirib. Beləliklə, NASA yeni tapılmış “2014 UR116” adlı asteroidin yer üçün təhlükə yaradacağı barədə bu yaxınlarda KİV-lər tərəfindən yayılan xəbərləri təkzib etdi.

Massaçusets ştatında yerləşən Harvard Universitetinin Kiçik planetlərin tədqiqi mərkəzində və Kaliforniya ştatının Passadina şəhərindəki reaktiv hərəkətlər laboratoriyasındakı kompyuter hesablamaları bu asteroid tərəfindən Yerə və ya başqa planetlərə azı 150 il müddətində heç bir zərər toxunmayacağını müəyyən edib.

NASA-nın Yerətrafı orbitdəki obyektlərin tədqiqi proqramının rəhbəri Donald Yomans bu müddət ərzində asteroidlə Yer arasında ən yaxın məsafənin 4,3 milyon kilometr olacağını bildirib. Ekspertin sözlərinə görə, bu, 2047-ci ilin aprelində baş verəcək.

Qeyd edək ki, “2014 UR116” asteroidi bu il oktyabrın 27-də Rusiya alimləri tərəfindən Qaraçay-Çərkəz Respublikasının Stavropol vilayəti ilə sərhədində yerləşən Qafqaz dağ rəsədxanasına aid “Мастер-2” teleskopu vasitəsilə aşkar olunub.

(sia.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600