Bu avtobusun hərəkət istiqaməti dəyişdirildi

media-hightechnic-468x90

Bakıda daha bir marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, müntəzəm sərnişindaşıma ilə məşğul olan 92 nömrəli marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib: “Belə ki, Xocəsən-Binəqədi-Biləcəri yolunun bir hissəsinin asfalt örtüyünün yenidən salınması ilə əlaqədar 92 nömrəli marşrut xətti son dayanacaq kimi “Dördyol” adlandırılan ərazidən dönərək əks istiqamətdə hərəkətini davam etdirəcək”.

 

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600