Bu avtomobilləri sürmək qadağan olunacaq-Bakıda

media-hightechnic-468x90

1397216071_vaz-masinlar-cenubnewsMətbuat I Avropa Oyunları ərəfəsində köhnə avtomobillərin paytaxt yollarından yığışdırılacağı barədə informasiya yayıb. Bu məlumatın nə qədər həqiqət olduğunu dəqiqləşdirmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlanılıb.

Şöbə rəisi məsələnin I Avropa Oyunlarına dəxli olmadığını vurğulayıb:

“Əgər qanunda göstərilibsə ki, istismar müddəti başa çatan nəqliyyat vasitəsi yol hərəkətində istismar edilə bilməz, bunun Avropa Oyunlarına nə aidiyyəti var?

Ölkə ərazisində ilindən və növündən asılı olmayaraq istismara yararsız, xarici görkəmi səliqəsiz, detalları çürümüş, idarəetmədə təhlükəli, texniki baxışdan keçməyən, dövlət nömrə nişanları görünməyən, işıq cihazları yerində olmayan avtomobillər yol hərəkətində istismar edilə bilməz. Bu qanunun tələbinin pozulmasıdır və bunu edənlər məsuliyyətə cəlb edilir. Mən konkret il deyə bilmərəm. Çünki hazırda şəhərdə 50-60-70-cı illərə məxsus retro maşınlar , “QAZ- 21”, “Moskviç-412” var, hansılar ki, xarici görkəmi saz vəziyyətdədir. Biz necə deyə bilərik ki, ili köhnədir, bunu sürmə?”

Vaqif Əsədov bildirib ki, ölkədə təxminən 30-35 faiz təşkil edən MDB və Rusiya istehsalı olan avtomobillər may ayının 1-ə qədər tətbiq edilən qrafikə uyğun texniki baxışdan keçməlidir:

“Artıq 2000-ci ilin buraxılışı olan avtomobillər texniki baxışdan keçməlidir. Əks təqdirdə fiziki, hüquqi, vəzifəli şəxslər 100-300 manat məbləğində cəzalana bilər. Yadımdadır ki, ötən il bu ərəfədə sıxlıq yaşandığından texniki baxışdan keçmə müddətini artırmışdıq. Bu il sıxlığın yaranmaması üçün bir daha avtomobil sahiblərini texniki baxışdan keçməyə çağırırıq”.

BDYPİ-nin şöbə rəisi 1-ci Avropa Oyunları ərəfəsində avtomobil sahiblərini daha diqqətli olmağa çağırıb:

“Avropa Oyunlarının keçirilməsinə az müddət qalır. Nəzərə almaq lazımdır ki, ölkəmizə xeyli sayda idmançılar, qonaqlar gələcək. Ən azından, gəlin öz hərəkətimizdə, əməlimizdə əlimizdən gələni etməklə mədəniyyətimizi nümayiş etdirək. İdarə etdiyimiz nəqliyyat vasitələrinin xarici görkəminə qonaqların baxıb hansı hisslərlə öz ölkələrinə qayıdacaqlarını düşünüb, heç olmasa şüurumuzu işlədək. Həm də qanunun tələbi müzakirə edilə bilməz. İndiyə qədər kimsə bu avtomobillərdən çörəkpulu qazanmaq üçün istifadə edirdi. Ancaq bu gün ən azından bu cür avtomobillərlə şəhərə daxil olmağa nə ad verim, bilmirəm. Məncə, bütün ölkə, vətəndaşlar, paytaxt sakinləri bu möhtəşəm tədbirin keçirilməsinə hazırlaşır. Bu, dünya, ölkə əhəmiyyətli tədbirdir. Bu qədər qonaq qəbul edəcək paytaxtda hər şey ideal olmalıdır”(modern).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600