Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Bu bəhanələri 20 ildir ki eşidirik" - Siyavuş Novruzovdan Oqtay Əsədova etiraz

Reklam: Sinerji Pro

Milli Məclisin bu gün keçirilən plenar iclasında Avropada məskunlaşmış bir qrup mühacirin fəaliyyəti müzakirə olunub.

Yenicag.az xəbər verir ki, parlamentdə çıxış edən YAP-çı millət vəkili Siyavuş Novruzov Avropada məskunlaşıb, Azərbaycan əleyhinə fəaliyyət göstərən dairələrə tutarlı cavab verilməsinə ehtiyac olduğunu deyib.

Siyavuş Novruzovun sözlərinə görə, onlara cavab verilmədikcə, həmin şəxslər daha da aqressivləşirlər:

“Oqtay müəllim, siz deyirsiniz ki, onların səviyyəsinə enməyək, onlara cavab verməyək, ancaq biz addımımızı geri qoyduqca, onlar daha da irəli gedirlər. Hər kəsi, bu dövlətin qurucusu olan ümumilli liderdən tutmuş, deputatlara qədər hər kəsi çox ağır ifadələrlə təhqir edirlər. Biz 20 ildir bu bəhanələri eşidirik ki, onların səviyyəsinə enməyək. Əslində isə bir çoxu həmin adamlara cavab vermək istəmir. Niyə? Onlara niyə görə konkret 3-5 nəfər cavab verməlidir? Hesab edirəm ki, bu məsələdə daha da qətiyyətli olmalıyıq. Çünki Azərbaycan, parlament əleyhinə tənqid yox, təhqir yağdıran adamların heç biri Milli azadlıq hərəkatında olmayıb, Qarabağ döyüşlərində iştirak etməyib, siyasi partiyalarda təmsil olunmayıb, ancaq bizə təhqir yağdıra-yağdıra gedirlər. Biz də onlara cavab verməliyik”.

Siyavuş Novruzov təklif edib ki, həmin şəxslərin 1 aylıq fəaliyyətinin monitorinqi keçirilməli və toplanan sənədlər onları dəstəkləyən ölkələrə təqdim olunmalıdır:

“Həmin ölkələrdən soruşulmalıdır ki, sizdə qanuni hakimiyyətin devrilməsinə çağırışlar olsa, nə edərsiniz? Bir daha deyirəm ki, bu məsələlərlə bağlı qəti ölçü götürülməsinə ehtiyac var”.

 

www.yenicag.az

8982
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS