“Bu bütövlük tarixi torpaqlarımızın tamlığı ilə mümkündür”

media-hightechnic-468x90

1427952858_eminOrta məktəbdəoxuyandan həmişə məni maraqlbir sual düşündürüb; “Həqiqətənmi Azərbaycan xəritəsi qartala bənzəyir?!” Bu tamamilə yanlışdır. Özümüz öz tarixi torpaqlarımızı özümüzə yadlaşdırırıq. Çünki həmin qartalda Azərbaycanın əzəldən bəri özününkü olan torpaqlar yoxdur,

İrəvan kimindir?! İrəvan bu qartala aiddirmi?!

Tarixi yada salaq, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cumxuriyyəti yarandı, daşnak separatçılığı və xarici müdaxilə genişləndi. AXC öz xalqını və mövcudluğunu qorumaq üçün Azərbaycanın tarixi və əzəli torpağı İrəvan Ermənistana öz ərazi iddialarından imtina etməsi üçün paytaxt olaraq verilməsinə məcbur oldu.

İndi 2015-ci il və tarixi İrəvan torpaqlarının qaytarılması ilə əlaqədar müzakirələr gedir. Rusiya ilə ABŞ arasında Alyaska ilə bağlı 1887-ci ildə müqavilə bağlanır və Alyaska ABŞa verilir. Sonradan icarəyə yoxsa satışa verildiyi müzakirə olunur. SSRİ dövründə də bu müzakirələr geniş yayılmışdı. Lenin və Stalininn də Alyaska üzərində heç bir iddialarını olmadığını deyildiyi qeyd olunur. 1912-ci ildə Alyaska ABŞ-ın rəsmi olaraq ərazisi, 1959-cu ildə 49-cu ştat elan olundu. Artıq ABŞ müqavilədə icarə ya da satış olmasından asılı olmayaraq o torpaqları mənimsədi. Hazırda isə Rusiya iki əsas iddia üzərində durur:

1. Müqavilənin icarə olduğuna görə qüvvədən düşdüyünü (maksimum 99 il ola bilər)

2. ABŞ-ın son ödəməni etməməsini.

İndi İrəvan məsələsinə baxaq İrəvan ərazi iddialarından əl çəkmələri şərti ilə verilmişdi. Ancaq Ermənistan daima ərazi iddiaları irəli sürməkdə davam edir. Bir çox şəxs beynəlxalq hüquqda müqavilələrin 99 illiyə bağlandığına görə, bildirirlər ki, Azərbaycan İrəvan üzərində haqq iddia edə bilər.

Mən ikinci səbəbin doğruluğunu yalnız müqavilənin orjinal variantını və verilməsinin formasının dəqiqləşməsi ilə müəyyən edilə biləcəyini düşünürəm.

Lakin müqavilə hüququndan da bildiyimiz kimi imzalanan sənəd qarşılıqlı əqd olub hər iki tərəfə hüquq və öhdəliklər verir. Birinin hüququ digərinin vəzifəsidir (öhdəliyidir). Ermənistan və Azərbaycan Zaqafqaziya Seymindən ayrıldıqdan sonra müstəqil subyekt kimi fəaliyyət göstərdilər. Onlar arasında bağlanan büynəlxalq müqavilə hüquqi əhəmiyyətə malikdir və bildiyimiz kimi Azərbaycan AXC-in, qondarma Ermənistan isə həmin dövrdə yaranan dövlətin varisi kimi çıxış edir və varislər əvvəlki müqavilələrin vəzifələrini də daşıyır. Ermənistan Azərbaycanın Qarabağ və Naxçıvan ərazilərinə iddia etdiyi an müqavilə etibarını itirdi. Çünki müqavilənin müstəqil subyektlərindən birinin öhdəliyini yerinə yetirməməsi müqavilənin birbaşa xitamına və vurulmuş ziyanın əvəzinin ödənilməsinə səbəb olur.
Sözün qısası, Azərbaycan Ermənistan dövlətindən müqavilənin öhdəliyinin yerinə yetirilmədiyinə görə xitam edilməsini tələb edə bilər və etməlidir, təbii ki, Qarabağ Azərbaycanın rəsmi və danılmaz olaraq ərazisi olduğu halda Ermənistan adlanan qondarma dövlət öz ərazisi kimi mənimsəyim öz ərazisi olduğunu elan edir, bu halda müqavilənin xitamı ilə paytaxt İrəvanı verməyəcəkləri tam dəqiqdir. Lakin burda əsas məsələ odur ki, biz əgər bütöv Azərbaycan deyiriksə, bu bütövlük tarixi torpaqlarımızın tamlığı ilə mümkündür.

Bugün və ya sabah əldə edə bilməsək belə, öz ərazilərimiz uğrunda mübarizəni səngitməməli və öz leqal torpaqlarımızı əlimizdə saxlayıb birləşdirərək hüquqi yollarla və stratejik manevrlərlə yavaş-yavaş böyük Azərbaycanı qurmalıyıq. Bu səbəbdən Böyük Azərbaycan Ermənistandan, yəni birbaş paytaxtı olan İrəvandan başlayır.

Emin Muradov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600