Kanadada yeni kərgədan növünün qalıqları aşkarlandı

media-hightechnic-468x90

Paleontoloqlar Kanadanın Devon adasında təxminən 23 milyon il əvvəl Arktikada yaşamış, əvvəllər məlum olmayan kərgədan növünün qalıqlarını aşkar ediblər.

Yenicag.az xəbər verir ki, bu tapıntı Avrasiya ilə Amerika arasında canlı növlərinin fəal mübadiləsinin olduğunu göstərir.

CMN Paleobiologiya şöbəsinin rəhbəri Daniel Freyzer bildirib ki, bu yeni növün aşkarlanması kərgədanların təkamül tarixini daha geniş miqyasda anlamağa imkan verir.

Tapıntı Houton kraterində aparılan araşdırmalar zamanı əldə olunub. Kraterin çöküntülərində çoxlu bitki, heyvan və quş qalıqları da aşkar edilib.

Tədqiqatçılar, demək olar ki, tam skeleti tapılan bu qədim kərgədanın diş emalından zülal molekulları çıxarıb və ona “Epiaceratherium itjilik” adını veriblər.

Zülal analizləri göstərib ki, bu arktik kərgədanın ən yaxın qohumları Şimali Amerikada deyil, Avropa və Asiyada yaşayıb. Onların mezozoy dövründə Avropadan Qrenlandiya vasitəsilə Amerikaya miqrasiya etdiyi güman edilir.

Bu kəşf Şimali Atlantik keçidinin mezozoyun əvvəlində mövcud olduğunu və Yer üzündə həyatın təkamül tarixini yenidən nəzərdən keçirməyə əsas verdiyini göstərir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa