!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu cinayətə görə məsuliyyət Ermənistanın üzərindədir”

!Reklam – Yazi

Bu ilin 5 mart tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozub. Düşmən qüvvələrinin snayperdən açdığı atəş nəticəsində Qazax rayonu Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsindəki sərhədçi əsgərimiz Orxan Nazim oğlu Paşazadə qətlə yetirilib.

Yenicag.az xəbər verir ki, bu barədə AR XİN Mətbuat Xidməti idarəsi insidentlə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, baş verən bu qanlı insident məqsədyönlü təxribat xarakteri daşıyır və bu cinayətə görə tam məsuliyyət işğalçı ölkə Ermənistanın üzərindədir.

“Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan hərbi qulluqçumuzun qətlə yetirilməsi işğalçı Ermənistanın münaqişənin sülh yolu ilə həlli çağırışlarının yalan və riyakarlıqdan başqa bir şey olmadığını açıq şəkildə nümayiş etdirir: “Məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu kimi cinayətkar və dağıdıcı fəaliyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə və beləliklə də ATƏT-in Minsk Qrupunun həmsədrləri simasında beynəlxalq ictimaiyyətin səylərinə birbaşa maneə törədir”. – deyə açıqlamada qeyd olunub.

Allah şəhidimizə rəhmət eləsin.

COP29

www.yenicag.az

779
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv