Bu dəfə fərqli MASADA – Azərbaycandan növbəti sülh ADDIMI
“Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edən prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğan, Pakistan və Ermənistanın baş nazirləri Məhəmməd Şahbaz Şərif və Nikol Paşinyanla görüşü olub”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli deyib.
Siyasi təhlilçi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çinin Tiencin şəhərində keçirilən görüşündə dövlət başçısının mühüm görüşlərinə münasibət bildirib.
Onun sözlərinə görə, bu faktın özü səfərin məhsuldar olduğunu göstərir:
“Prezident İlham Əliyevin Ermənistan Baş naziri ilə görüşü, ümumiyyətlə, diqqət çəkici olub. Belə görünür ki, Vaşinqton görüşündən sonra iki ölkə lideri arasında işgüzar münasibət yaranıb. Bu isə, heç şübhəsiz ki, bölgədə sülhün və sabitliyin yaranmasına müsbət təsir göstərir. Bu baxımdan, prosesin ölkəmizin maraqları çərçivəsində getdiyini söyləmək mümkündür”.
Rafi Müslümov