!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu dəfəki Türkiyə parlamentində neçə erməni olacaq? – Kılıçdaroğlu Azərbaycan türkünü təhqir etdi

!Reklam – Yazi

 

08103605707 iyun seçkilərində olduğu kimi 1 noyabr siyahılarında da Türkiyə partiyalarının erməni namizədləri var. Belə ki, iqtidar partiyası olan AKP “Yeni Şəfəq” qəzetinin yazarı Markar Esayanı, ana müxalifət partiyası CXP Selina Doğanı, PKK-nın siyasi qanadı olan HDP isə Garo Paylanı namizəd göstərib.

Yenicag.az xəbər verir ki, keçən dəfədən fərqli olaraq, bu dəfə iqtidar partiyası erməni namizədi seçilməyəcək və ya seçilməsi çətin olan yerdən göstərib. Belə ki, İstanbulun erməni əhalinin çoxluq təşkil etdiyi ərazisindən (İstanbul 3-cü dairə) AKP ən yaxşı halda 12 millət vəkili qazana bilir. Elə son seçimdə də 12 yer qazanmışdı və 12-ci olaraq, erməni deputat mandat sahibi olmuşdu. Bu dəfə isə Esayan 14-cü yerə qoyulub. Yenicag.az-ın əldə etdiyi məlumata görə, Esayana mandat verilməsi Davudoğlunun təşəbbüsü olub və Ərdoğanla tamamı razılaşdırılmayıb. Bu dəfə isə siyahı Ərdoğanın kontrolundan keçdiyindən “Erməni soyqırımı olub” deyən Esayan mədəni şəkildə seçilməyəcək yerə atılıb.

Ana müxalifət partiyası isə qatı erməni şovinisti olan, deputat kimi ilk açıqlaması “Türkiyə erməni soyqırımını tanımalıdır” olan Selina Doğanı yenidən həmin dairədən birinci yerdə göstərdi. Yəni, həmin dairədən bir deputat mandatı qazanılsa belə, bu erməninin olacaq.

HDP də CHP kimi erməni namizədinin yerini dəyişmədi.

Yəni, sonuc olaraq, indidən ermənilərin Türkiyə parlamentində iki deputatının olduğunu söyləyə bilərik. Azərbaycan əsillilər arasında nüfuz sahibi olan Əli Özgündüz isə ötən seçkidə Kılıçdaroğlu tərəfindən siyahıya salınmamışdı. Bu dəfə isə CXP namizədliyini irəli sürmədiyi halda Özgündüzün adını İstanbul 3-cü bölgədən 13-cü olaraq yazıb. Erməni millətçisinin birinci sıradan namizədliyinin irəli sürülən dairədən 13-cü sıradan Azərbaycan əsilli və olduqca nüfuzlu şəxsin adının göstərilməsi Əli Özgündüzün etirazına səbəb olub. O, adının səhvən yazıldığını bildirərək, bu seçkiyə qatılmaq istəmədiyini bildirib. Siyasi kluarlarda gəzən söz-söhbətə görə, Əli Özgündüz erməni qızının birinci olduğu siyahıda adının olmasının özünə və təmsil etdiyi insanlara həqarət olduğunu bildirib.

www.yenicag.az

816
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv