!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu dəhşətli hadisəni törədən layiq olduğu ən ağır cəzanı alacaq" – Qənirə Paşayeva

!Reklam – Yazi

“Nərminin faciəsi qəlbimizdə dərin bir yara açdı və heç bir zaman unudulmayacaq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Tovuzda itkin düşmüş 10 yaşlı Nərminin öldürülərək yandırılmasına münasibət bildirən millət vəkili Qənirə Paşayeva bildirib.

Cinayət hadisəsini törədənləri lənətləyən Qənirə Paşayevaya görə, bu cür insanların yer üzündə gəzmək haqqı olmamalıdır:

“Dəhşət, böyük üzüntü və ciddi narahatlıq içindəyik. 10 yaşlı Nərmin balamıza qarşı törədilmiş bu dəhşətli cinayət hamımızı dərindən sarsıdıb. 10 yaşlı kiçik bir qız uşağını oğurlayıb, sonra onun cəsədini boş bir sahəyə atıb yandıraraq, bu dəhşətli cinayəti törədənə insan deməyə adamın dili gəlmir”.

Paşayevə qeyd edib ki, Nərminin yoxa çıxması və bu dəhşətli hadisənin xəbərinin yayılması nəticəsində xüsusilə də kiçik yaşlı qız övladları olan minlərlə analar və atalar səksəkə, narahatlıq içindədir:

“İnanırıq ki, bu dəhşətli qətli törədən (törədənlər) qısa zaman içində tapılacaq və bütün cəmiyyətimiz onun layiq olduğu ən ağır cəzanı almasının şahidi olacaqlar. Biz hamımız bunu gözləyirik.

Nərminin faciəsi qəlbimizdə dərin bir yara açdı və heç bir zaman unudulmayacaq. Sənə qarşı bu dəhşətli cinayəti törədənlər ədalət qarşısında mütləq cavab verəcəklər”.

Gülşən Şərif

COP29

www.yenicag.az

1275
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv