Bu futbolçular peşəkar karyeralarını başa vurdular

media-hightechnic-468x90

İnter Mayami” komandasının futbolçuları Jordi Alba və Serxio Buskets peşəkar karyeralarını başa vurublar.

Yenicag.az championat.com-a istinadən xəbər verir ki, bu, komandanın MLS Kubokunun finalında “Vankuver Uaytkeps”i 3:1 hesabı ilə məğlub edərək çempion titulunu qazanmasından sonra baş verib.

2008-ci ildə karyerasına başlayan Buskets 2023-cü ilə kimi “Barselona”da oynayıb. Həmin ilin yayında “İnter Mayami” ilə müqavilə imzalayıb. O, klub səviyyəsində 840 oyun keçirib, 19 qol vurub və 62 məhsuldar ötürmə edib.

“Barselona” və “Valensiya” akademiyalarının yetirməsi olan Alba hər iki klubun böyüklər komandasında oynayıb. Müdafiəçi 2023-cü ildən bəri “İnter Mayami”də çıxış edib. O, klub səviyyəsində 708 matça çıxıb, 52 qol vurub və 135 məhsuldar ötürmə ilə yadda qalıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa