!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gecə ilk Qədr gecəsidir

!Reklam – Yazi

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (Əhya) gecəsi olacaq.

Yenicag.az xəbər verir ki, bu ilin Qədr gecələri (Ramazanın 18-ci günü) mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edir.

Ramazan ayının ikinci Qədr gecəsi 14-ü (Ramazanın 20-ci günü), üçüncü gecə isə 16-sı (Ramazanın 22-ci günü) günləridir. Bir də məxsusi bir Qədr gecəsi var ki, bu da Ramazanın 26-cı gününün axşamı olur. Quranda “Qədr” surəsinin 26 kəliməsi var. Ona görə də, ola bilsin ki, həmin gecə də Qədr gecəsi olsun. Bu il həmin Qədr gecəsi mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb.

Xatırladaq ki, Qədr gecəsinin əməllərinin məscidlərdə icrası koronavirus pandemiyası səbəbindən qadağan edilib.

COP29

www.yenicag.az

989
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv