“Bu, gələcək danışıqların nəticəsində müəyyən olunacaq” – Kiyev silahı YERƏ QOYUR?

media-hightechnic-468x90

“Həmin reallıqları qəbul etmək gələcək prezident seçkilərində müəyyən siyasi nəticələr verə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

media-yap_ilyas_140320

O, Ukrayna prezidenti Volodimir Zelenskinin müharibənin uzanmasının heç kimə faydası olmayacağı, buna görə də Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqların vacibliyi barədə səsləndirdiyi bəyanatı şərh edib.

Politoloq bildirib ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının yeganə yolu əvvəllər də qeyd etdiyimiz kimi, Zelenski ilə Putin arasında birbaşa danışıqlardır:

“İstanbulda keçirilən görüşdə Ukrayna lideri iştirak etdi, lakin Rusiya lideri bu danışıqlarda iştirak etmədi. Artıq tərəflər yaxşı anlayırlar ki, bu müharibə heç bir tərəfə fayda gətirmir. Əvvəldən də düşünüldüyü kimi, burada kənar faktorlar müharibənin başlanmasında həlledici rol oynayıb. Hazırkı mərhələdə isə müharibəni dayandırmaq ən vacib və aktual məsələ olmalıdır”.

“Digər çətin məsələ isə ondan ibarətdir ki, müharibə hansı şərtlərlə, hansı ərazilər daxilində və hansı nəticələrlə başa çatacaq. Bu, gələcək danışıqların nəticəsində müəyyən olunacaq. Lakin dəyişməz bir reallıq var, Rusiya öz siyasi ambisiyalarından geri çəkilməyəcək və hazırda nəzarət etdiyi bölgələri əlində saxlamağa çalışacaq. Bu isə Zelenski üçün çox çətin seçim deməkdir. Çünki həmin reallıqları qəbul etmək onun üçün gələcək prezidenti seçkilərində müəyyən siyasi nəticələr verə bilər”, – deyə o, əlavə edib.

“Bu səbəbdən də mövcud vəziyyətdə atəşkəsin elan olunması, əsirlərin dəyişdirilməsi və sülh istiqamətində ardıcıl addımların atılması böyük əhəmiyyət daşıyır. Əlbəttə ki, sülh prosesində müxtəlif güc mərkəzləri və liderlər bu gedişatı öz maraqları naminə yönləndirməyə çalışacaqlar”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600