Bu gün Bakının 370 küçəsi yuyulub - FOTOLAR

media-hightechnic-468x90

Bu gün Bakının 370 küçəsi yuyulub.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə paytaxtda təmizlik və abadlıqla bağlı geniş ümumşəhər iməciliyi keçirilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 370 əsas küçə və prospektlərinin yuyucu maddələrlə yuyulması təmin edilib, eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Daxili iməcilikdə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı, müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də yaxından iştirak ediblər.

Paytaxtın bütün rayonlarını əhatə edən belə iməciliklər mütəmadi olaraq davam etdiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600