Bu gün Abşeron rayonu Məhəmmədi kəndinin bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.
Yenicag.az xəbər verir ki, bu barədə a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, fasilənin yaranmasına səbəb Bağlar RETSİ-nin xidməti ərazisi olan həmin kəndin bir hissəsini elektrik enerjisi ilə qidalandıran 110/35/10 kVt-luq “Zabrat” yarımstansiyasından çıxan 10 kVt-luq “Məhəmmədi-1” elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləridir.
Yaranmış narahatçılığa görə “Azərişıq” istehlakçılardan üzr istəyir.
www.yenicag.az