Bu gün prokuror deputatın qardaşı oğluna iş istəyəcək

media-hightechnic-468x90

kolpMəhkəmə iclasında prokurorun çıxışı gözlənilir.

Prokurorun deputatın qardaşı oğluna ömürlük həbs cəzası istəməsi ehtimal edilir.

Qeyd edək ki, R.Mirələmov “1001 gecə” istirahət mərkəzində Ramal Bayramovu qəsdən öldürmək, Səməd Mənsimov, Elmar Süleymanovu qəsdən öldürməyə cəhd etməkdə ittiham olunur.

Uzun müddətdir ki, davam edən məhkəmə prosesində deputatın qardaşı oğluna hökm oxunması yubanırdı. Buna səbəb kimi isə Rəşad Mirələmova neçə il həbs cəzasının veriləcəyi ilə bağlı yaranmış qeyri-müəyyən vəziyyət göstərilirdi. Belə ki, bundan əvvəl də R.Mirələmov qətldə ittiham olunub və psixi xəstəliyi səbəbindən cəzasının 8 il 2 ayını çəkməkdən azad edilib. Lakin növbəti dəfə qətldə şübhəli bilinərək həbs olunduqdan sonra Rəşad Mirələmovun psixi xəstə olması barədə bundan əvvəlki həkim rəyi ləğv edilib.

Bu isə R.Mirələmovun ömürlük həbsə məhkum edilməsi ehtimalını yaradıb. R.Mirələmovun vəkili Kamandar Nəsibov bu gün məhkəmənin keçiriləcəyi və prokurorun çıxışının gözlənildiyini təsdiqləyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600