Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.”
Yenicag.az xəbər verir ki, bu sözləri açıqlamasında 7NEWS.az saytının baş redaktoru, QHT sədri Səbuhi Abbasov deyib: “Məhz həmin tarixdə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub.
Tarixin bu dönəmini artıq bütün xalqımız bilir. Heydər Əliyev bütün sahələrdə olduğu kimi azad sözün, müstəqil mətbuatın inkişafının da əsasını qoydu. Məhz onun rəhbərliyi ilə ölkədə demokratik, müstəqil Vətəndaş Cəmiyyəti formalaşdı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısında daha bir mühüm xidməti İlham Əliyev kimi dünya miqyaslı liderin xalqımıza bəxş etməsi oldu. Bu gün artıq İlham Əliyev imzası təkcə region deyil, dünya siyasətində xüsusi, strateji çəkiyə malikdir. Məhz onun Heydər Əliyev siyasətini dəmir iradə ilə bu bu günümüzə daşıması Qarabağımızı azad etdi, böyük, güclü Türk dünyası xəyalını reallaşdırdı, güclü iqtisadi sistem yaratdı və ən əsası 50 milyondan çox dünya azərbaycanlısını bir araya gətirdi. Bu gün dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qüruru hissi ilə “Mən Azərbaycanlıyam” deyir. Nə qədər ki, Azərbaycan var Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə yaşayacaq. Bu gün qazandığımız hər bir uğura görə Heydər Əliyevə borcluyuq.”
www.yenicag.az