Bu gün Vaşinqtonda Bayramovla Blinken arasında görüş olacaq

media-hightechnic-468x90

ABŞ Dövlət katibi Antoni Blinken bu axşam Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək.

Yenicag.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin Mətbuat Xidməti xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 17:00-da Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş tutacaq.

Bundan əvvəl A.Blinken Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək.

ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların Bakı vaxtı ilə saat 17:45-də başlaması planlaşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600