!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gündən “Planetlərin paradı” başlayır

!Reklam – Yazi

d3c0497bc6156ca0cd4c0a401a50a0e1Paradı aydın hava şəraitində Günəşin doğuşuna iki saat qalmış müşahidə etmək mümkün olacaq

Bu ay ərzində Yer sakinləri “Planetlər paradı” adlandırılan kosmik hadisəni müşahidə edə biləcəklər.

Parad bu gün başlanacaq. Bu zaman Yer kürəsinin təbii peyki olan Ay səhər səmasında planetlər qrupu ilə yaxınlaşacaq. Bu kosmik hadisə 24 oktyabrda Merkurinin “xətti” pozaraq səhər səmasından yox olması ilə bitəcək.

Astronomların sözlərinə görə, planetlər paradını aydın hava şəraitində Günəşin doğuşuna iki saat qalmış müşahidə etmək mümkün olacaq.

Planetlərin kiçik paradı ən ecazkar astronomik hadisələrdən biri hesab olunur. Bu zaman Günəş sisteminin planetlərinin bir hissəsi kiçik sektorda Ayın bir tərəfində sıralanacaq.

Səmada bu göy cisimləri bir-birinə yaxın məsafədə yerləşəcəklər. Sözügedən hadisənin əsas iştirakçıları Venera, Mars, Yupiter, Merkuri və Ay olacaq.

www.yenicag.az

637
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv