Bu həftə nə baş verdi? – Topnews

media-hightechnic-468x90

top-news1Yola saldığımız həftə Azərbaycanın həyatında müxtəlif hadisələrlə yadda qaldı

May ayının 4-də Prezident İlham Əliyevin qərarı ilə Rəşad Rəfael oğlu Məmmədov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edildi.

Çexiya Respublikası isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçirilən “parlament seçkiləri”nin hüquqi və konstitusional əsasını tanımadığını bəyan edib.

Mayın 5-də Bakıda sərnişindaşıma sahəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində bir neçə marşrut avtobuslarının xəttində dəyişiklik oldu. 20, 188, 53 nömrəli marşrut avtobuslarının xətləri ləğv olunub. Kriminal xəbərlərə gəldikdə, Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev beynəlxalq axtarışa verilib. O, dələduzluqda təqsirli bilinir.

Prezidentin sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri” Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub. Sərəncamla sədrin radio üzrə müavini Cavanşir Cahangirov və televiziya üzrə müavini Faiq Hüsiyev işdən azad edilib.

AzTV, “Mədəniyyət” və “İdman Azərbaycan” televiziyalarının baş direktoru Elsevər Dünyamalıyev Arif Alışanovun radio məsələləri üzrə, Rəşad Nəsirov isə televiziya məsələləri üzrə müavini olub.

Həmin günü prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “İnturist” otelinin açılışında iştirak ediblər.

Avtobuslarının üstünə vurulan reklam və məlumatlandırıcı şəkillər söküləcək. Bunun yerinə Avropa Oyunları ilə əlaqəli reklam və loqolar vurulacaq.

Mayın 6-da Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Tour de Azerbaidjan-2015” veloyürüşünə start verildi. Veloyürüş mayın 10-a kimi davam edəcək.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Müsavat Partiyasının hazırkı rəhbərliyindən narazı olanlar müsavatçılar partiya qərargahı qarşısında aksiya keçirdilər. Qeyd edək ki, partiyadan istefalar da bu həftə ərzində davam edib. Sabiq baş katib, sabiq Divan üzvü Vurğun Əyyubun partiyadan çıxarılmasına etiraz olaraq, sabiq Divan üzvü Adil Qeybulla, sabiq MNTK sədri İbrahim İbrahimli də partiyadan istefa verdilər.

Mayın 7-də Dünya və Azərbaycan rekordunu təzələyən Gəncə gənclərinin yaratdıqları Heydər Əliyevin canlı portret və imzası «Ginnisin rekordlar kitabı»na salınması üçün qeydə alındı.

Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışı oldu.

Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş 43 nəfərin 47 nəfər ailə üzvünə Prezident təqaüdü təyin olunub.

May ayının 8-i Şuşanın erməni terrorçuları tərəfindən işğalından 23 il keçdi.

Bu gün həm də beynəlxalq talassemiya günüdür.

Prezident ilham Əliyev faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Moskvada keçiriləcək tədbirdə iştirak etmək üçün bu ölkəyə yola düşüb.

Rusiya Prezidenti Vladimir Putin tanınmış kinorejissor, Azərbaycanın Xalq Artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi mayın 8-də dünyanın əksər ölkələrində yayımlanan “National Geographic” televiziya kanalı vasitəsilə bir çox dövlətlərdə, o cümlədən Fransada nümayiş etdirilib.

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri may ayının 9-da 11-13 may arasında Almaniyanın Munster şəhərində artilleriya qoşunlarının təlimində müşahidəçi qismində iştirak etmək üçün Almaniyaya uçub. Nümayəndələrimiz mayın 11-dən 15-dək Ankarada terrorçuluğa qarşı mübarizə çərçivəsində şəbəkələrə hücumlar kursunda da iştirak edəcək.

Mayın 9-da faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Rusiyada hərbi parad keçirildi. Bu paradda Azərbaycan ordusunun əsgərləri də iştirak edib.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600