Bu "həkimlər" ölümlərə səbəb olur - Əmiraslanov
Estetik cərrahiyyədə mütəxəssis olmayanların çalışması ölümlərə də səbəb oldu.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Əhliman Əmiraslanov bildirib ki, tibb sahəsində bir çox ixtisaslar üzrə ciddi pozuntular müşahidə olunur:
“Xüsusi ilə estetik cərrahiyə sahəsində hətta mütəxəssis olmayan, həkimlik diplomu olmayan insanların çalışması ciddi narazılıqlara səbəb oldu. Bu sahəyə aid olmayan insanların fəaliyyəti ağırlaşmalara, həmçinin ölüm hallarına da səbəb oldu. Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə çox uğurlu addımlar atıldı, estetik cərrahiyə sahəsində işləyən, təhsil almış mütəxəssislər seçildi, o sahə ilə məşğul olmağa haqqı olanlar seçildi və onların adları mediada dərc olundu. Bundan sonra estetik cərrahiyyə sahəsində ancaq bu sahənin mütəxəssisləri fəaliyyət göstərəcək”.