Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu hərbçilər mükafatlandırıldı

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmrinə əsasən, Daxili Qoşunların bir qrup hərbi qulluqçusu “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” və “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci, 3-cü dərəcəli medalları ilə mükafatlandırılıb.

Yenicag.az-ın xəbərinə görə, bu münasibətlə Daxili Qoşunların Baş İdarəsində mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Daxili işlər nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov mükafatları hərbi qulluqçulara təqdim edib.

Qeyd edək ki, müvafiq əmrə əsasən, ümumilikdə, 339 nəfər hərbi qulluqçu medallarla təltif edilib. Onlardan 23 nəfərə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, 39 nəfərə 1-ci dərəcəli, 86 nəfərə 2-ci dərəcəli, 191 nəfərə isə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı təqdim olunub.

www.yenicag.az

3850
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100