!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il Azərbaycanda 1,7 milyon dəyərində enerji isehsal olunub

!Reklam – Yazi

Bu ilin yanvar-dekabr ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1 737,1 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 3,6% artaraq 289,7 mln. manat təşkil edib.

Ötən 11 ay ərzində Azərbaycanda 21 058,4 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 2,4% çoxdur.

Bunun 1 632,5 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2017-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 0,5% çoxdur.

Bunun 18 537,1 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2017-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 2,9% çoxdur.

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 50,1 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2017-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 4,4 dəfə çoxdur.

Bu ilin yanvar-noyabr ayları ərzində ölkədə 37,2 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2017-ci ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə 2,9% azdır.

COP29

www.yenicag.az

2099
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv