Yeni tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 592 317 şagirdin təhsil alacağı proqnozlaşdırılır. 165 780 şagird isə birinci sinifdə təhsil alacaq.
Yenicag.az xəbər verir ki, ancaq Bakı şəhəri üzrə isə məktəblərin I sinfinə qəbul üçün 46 713, məktəbəhazırlıq qruplarına isə 18 537 şagird elektron qeydiyyatdan keçib.
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub.
Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin təmir və tikintisi davam etdirilir. Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. 2018-ci ildə respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla 193 obyektdə işlər aparılır.
www.yenicag.az