!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu insanlar niyə aqressiv olur? – Ailədə zorakılıqların FƏSADLARI

!Reklam – Yazi

“Şiddət bir əzbərdir, həmin əzbəri görən adamlar sonradan onu tətbiq edir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında uşaqlıq dövründə ailədə şiddət görməyin gələcək yaratdığı fəsadlar barədə danışan psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, şiddət görmüş və yaxud da şiddətə şahidlik etmiş insan gələcəkdə ya başqalarına şiddət göstərir, ya da özü şiddət göstərən insan olmağa meyllənir.

“Bəzən valideynlər başqası övladını vurduqda ona çox pis təsir göstərir, amma özünün övladına başqasından daha çox şiddət göstərdiyini anlamır. Lakin travma olaraq insanın öz valideynin onu vurması onda daha çox travma yaradır nəinki başqasının onu vurması. Çünki uşaq valideynə emosional olaraq bağlı olur”, – deyə o bildirib.

Psixoloq qeyd edib ki, şiddət göstərən valideyn də adətən vaxtilə ya şiddət görüblər, ya da ona şahidlik ediblər:

“Çünki şiddət bir əzbərdir, həmin əzbəri görən adamlar sonradan onu tətbiq edir. Uşaqlıq dövründə evdə şiddət görən şəxslər gələcəkdə özü də başqalarına həmin hərəkəti edir. Öz övladına qarşı qayğıkeş, diqqətcil və ailəcanlı olmur. Həmin insanlarda psixotrop dərmanlara meyllilik yaranır. Sözügedən insanlar gələcəkdə əsəbi və aqressiv də ola bilir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv