“Bu keçmiş DTK-nın dəsti xəttidir”
Bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin haqında şayiələr yayılmağa başladı. Əvvəlcə, Putinin İslamı dinini qəbul etməsi barədə müəyyən söz-söhbətlər gəzdi. Daha sonra onun ölümü xəbərləri gündəmi zəbt etdi. Ancaq martın 16-da Vladimir Putinin Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşü bu söz-söhbətlərə son qoydu.
Bütün bu şayiələr kimə yaxud nəyə lazım idi?
Politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında məsələyə belə münasibət bildiridi: “Bu keçmiş DTK-nın dəsti xəttidir. Çox həssas məqamlarda şayilər yaymaqla daxili ictimai və beynəlxalq rəyi intizarda saxlayır, bununla da bütün diqqətləri digər hadisələrdən yayındırmaqla öz qəhrəmanına yönəldirlər. Bununla da ictimai rəyi manipulyasiya edə bilirlər. Nəticədə isə müəyyən zaman fasiləsindən sonra qəhrəman yenidən “zühur” etməklə bir növ sosial psixologiyada ölməzlik, məğlubedilməzlik kimi obraz təlqin edə bilirlər. Bu dəfə də Putinin müəyyən sağlıq və kosmetik problemlərinin həlli üçün götürdüyü qısa fasilədən məhz bu yöndə istifadə olundu. Əvvəl gündən bunun növbəti bir oyun olduğunu və Nemtsovun qətlindən sonra ictimai fikri başqa istiqamətə yönləndirmə düşünmüşdüm və bu gün də o fikrimdə qalıram”.
Kamran