!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu mesaj sizə gəlsə, aldanmayın – DİQQƏTLİ OLUN!

!Reklam – Yazi

240353Bakıda vətəndaşları aldatmağa çalışan kontur dələduzları yenə də iş başındadır.

“Qafqazinfo”ya müraciət edən vətəndaş bu gün axşam saatlarında ona 050-856-92-75 nömrəsindən mesaj, daha sonra isə sözügedən nömrədən zəng gəldiyini qeyd edib. Zəng edən şəxs səhvən vətəndaşa 40 manatlıq kontur göndərdiyini və qaytarmasını xahiş edib.

Dələduzun toruna düşən vətəndaş isə balansında olan 6 manatlıq konturu təcili sürətdə sözügedən nömrəyə göndərib. Daha sonra balansında kontur qalmadığını görəndə aldadıldığını hiss edib.

Məsələni öyrənmək üçün həmin şəxsə dəfələrlə zəng vursaq da, sözügedən nömrəyə zəng çatmayıb.

Qeyd edək ki, bu tip hadisələr dəfələrlə sadə vətəndaşların başına gəlib. Maraqlıdır ki, insanlar belə dələduzların toruna asanlıqla düşür.

www.yenicag.az

701
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv