Lənkəranda 100 hektardan artıq sahədə nadir sitrus bitkisi olan hallabonq əkilib.
Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə Lənkəran rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, meyvənin yığım vaxtı digər sitrus bitkilərindən fərqlənir: “Cənub bölgəsində olan digər sitrus bitkiləri oktyabr-noyabr aylarında yığılsa da, hallabonq meyvəsinin yığımına dekabrın 25-dən sonra başlanır və yığım 1 ay davam edir. 2016-cı ildə 15 hektar ərazidən 10-12 ton məhsul yığılmışdı. 2017-ci ildə isə əlavə olaraq 18,7 hektar, digər sahədə isə 15,3 hektar hallabonq əkilib. Bu il isə həm sahə çoxdur, həm də məhsuldarlıq”.
Gələcəkdə hallabonq sahəsinin artırılması planlaşdırılır.
www.yenicag.az