“…bu nə axmaq aksiyadır?”

media-hightechnic-468x90

images (12)Müğənni Elmira Ələkbərzadə sosial şəbəkədə “Toylara yox deyək” adlı aksiyaya başlayanları tənqid edib. “Qafqazinfo”nun məlumatına görə, ifaçı sosial şəbəkədə başladılan aksiyanın yersiz olduğunu bildirib:

“Azərbaycanda başlayan bu nə axmaq aksiyadır? Azərbaycanda toylara yox deyək!!! Bunların başı çatır, ya yox? Hansısa məntiqsiz məqaləyə görə, aləm bir-birinə dəyib. “Norveçdə və ya başqa yerlərdə toy olmur” ifadəsi məni güldürdü. Oyanın, ay balam. Belə gülünc, məntiqsiz məqalə yazmaqla özünüzü alçatmayın. Kimsə kreditə pul götürüb bahalı yerdə toy edib müflis olur? Kredit götürməsin, canı çıxsın münasib yerdə toy etsin. Bir şeylə razıyam ki, toylarda masalar yeməkdən partlayır. Həqiqətən yeməkləri azaltmaq lazımdır. Yoxsa “Toylara yox deyək” nədir? Vallah bunlar xəstədirlər”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa