İtaliya parlamenti yüngül təsirli narkotiklərin istehsalına və satışına icazə verib.
Yenicag.az xəbər verir ki, İtaliyada arzu edənlər yanvar ayının 1-dən siqaret və tütün məhsulları satılan mağazalarda içərisində THC (Tetrahidrokannabinol) 0.5 faiz olan narkotik vasitəni sərbəs şəkildə ala biləcəklər.
İtaliya höküməti bu yolla narkotik maddələrin qeyri-qanuni dövriyyəsini və ticarətini nəzarətə götürərək, bundan vergi gəliri əldə etməyi hədəfləyib.
Statistikiaya görə, İtaliyada 13 milyon, Avropada isə 70 milyon insan yüngül təsirli narkotikdən istifadə edir. İtaliyanın illik qanunsuz narkotik dövriyyəsi 12 milyard avro civarındadır.
www.yenicag.az