İsrailin baş naziri Benyamin Netanyahu kabinet iclaslarına qatılan nazirlər üçün yalan detektoru testləri ilə bağlı qanun qəbul etmək istədiyini bildirib.
Yenicag.az xəbər verir ki, “Jerusalem Post” qəzetində yer alan xəbərə görə, İsrailin baş naziri Netanyahu təhlükəsizlik və kabinet iclaslarına qatılan bütün nazirlərin poliqrafiya testi ilə bağlı qanun təklif etməyi planlaşdırdığını bildirib.
Xəbərə görə, Netanyahu bu planı Nazirlər Kabinetinin iclasında açıqlayıb və burada “İsrail parlamentinin sızma vəbasından əziyyət çəkdiyini” bəyan edib.
Netanyahu “belə davam etməyə hazır olmadığını” deyərək, bu qanunun qəbul edilməsi lazım olduğunu bildirib.
Məlumata görə, Təhlükəsizlik Kabinetinin yanvarın 4-də keçirilən iclasında Baş Qərargah rəisi Herzi Halevi başda olmaqla bir çox nazir və ordu nümayəndələri arasında qızğın müzakirələr yaşanıb.
Müxalifətdəki Yesh Atid (Gələcək var) Partiyasının lideri Yair Lapid deyib: “Kabinetdən sızmalar biabırçılıqdır və kabinetin təhlükəli olduğuna daha bir sübutdur”.
www.yenicag.az