!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkədə nömrə alan şəxsin üzü skan ediləcək - YENİ QAYDA

!Reklam – Yazi

Çində dekabrın 1-dən etibarən mobil telefon nömrəsi əldə etmək üçün ərizə verən istifadəçilər telekommunikasiya şirkətləri tərəfindən sifətin skan edilməsi prosedurundan keçməli olacaqlar.

Yenicag.az xəbər verir ki, yeni tədbirlərin rəsmi məqsədi kiberməkanda fırıldaqçılıq və başqa cinayətlərlə mübarizə aparmaqdır.

Ancaq ekspertlər Çin rəhbərlərinin 850 milyondan çox mobil internet istifadəçisi üzərində nəzarəti daha da gücləndirməyi planlaşdırdığını istisna etmirlər.

Əksər ölkələrdə mobil rabitə xidmətlərinin göstərilməsi üçün müqavilə imzalanarkən pasport və ya digər şəxsiyyət vəsiqəsi lazımdır. Çində bu cür qaydalar 2013-cü ildən qüvvədədir.

www.yenicag.az

1230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv