!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu proses 2-3 məmurla məhdudlaşmayacaq" - Deputatdan yeni həbslərin ANONSU

!Reklam – Yazi

“Onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri son məmur həbslərini dəyərləndirən deputat Sahib Alıyev bildirib.

Sahib Alıyeva görə, vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti mənimsəyən icra başçıları vəzifədən kənarlaşdırılmaqla yanaşı, qanun qarşısında da cavab verəcəklər. Bu addım hər bir məmur üçün dərs olmalıdır:

“Azərbaycan prezidenti İlham Əliyevin dünənki xəbərdarlığı və həbslər göstərir ki, rüşvətxor məmurlar təkcə işdən azad edilməyəcək, həm də qanun qarşısında cavab verəcəklər.

Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər.

O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait öz ünvanına çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs bilsin.

Ona görə də hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər”.

Qeyd edək ki, dekabrın 19-da Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, eyni zamanda Yevlax şəhərinin keçmiş icra başçısı Qoca Səmədov rüşvətxorluq ittihamı ilə həbs edilib.

Gülşən Şərif

www.yenicag.az

1128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv