"Bu qərar strateji müttəfiqliyimizin yeni göstəricisidir" – Könül Nurullayeva

media-hightechnic-468x90

“Bu qərar həm Azərbaycana, həm də Gürcüstana turist axınını əhəmiyyətli dərəcədə artıracaq”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

media-1723641018_1677491481_konul_nurullayeva_011221-1

Deputat Bakı-Tbilisi-Bakı sərnişindaşıma xidmətinin bərpa olunması haqqında danışıb. O, bu qərarın təkcə turist axınına deyil, həm də biznes nümayəndələrinin iki ölkə arasında rahat və təhlükəsiz gediş-gəlişinə şərait yaradacağını qeyd edib:

“Azərbaycan Prezidenti nəyi, nə zaman etmək lazım olduğunu yaxşı bilir. Azərbaycan və Gürcüstan arasında dəmir yolu nəqliyyatının bərpası ilə bağlı qərar da məhz indi verildi. Region üçün yeni imkanlar açan bu addım iki qonşu və strateji tərəfdaş dövlət arasında münasibətləri daha da gücləndirəcək. İllərdir enerji, ticarət və logistika sahələrində əməkdaşlıq mövcuddur. Dəmir yolu nəqliyyatının bərpası ilk növbədə insanlar arasında əlaqələrin dərinləşməsinə töhfə verəcək. Minlərlə vətəndaş, tələbə, turist və biznes nümayəndələri iki ölkə arasında təhlükəsiz, rahat və nisbətən aşağı qiymətə səyahət etmək imkanı əldə edəcəklər. Bu, həm Azərbaycana, həm də Gürcüstana turist axınını əhəmiyyətli dərəcədə artıracaq.

Bu prosesdə iqtisadi amil də xüsusi əhəmiyyət kəsb edir. Dəmir yolları iqtisadi cəhətdən səmərəli və sabit nəqliyyat vasitəsi hesab olunur. Sərnişindaşımaların bərpası kiçik və orta sahibkarlığın, ticarət və xidmət sektorunun inkişafına müsbət təsir göstərəcək”.

Deputat qeyd edib ki, bu addım həm də Azərbaycan və Gürcüstan arasında tranzit imkanlarını maksimuma çatdırmaqla, Azərbaycanın Cənubi Qafqazdakı tranzit potensialının genişlənməsinə səbəb olacaq:

“Bundan əlavə, bu addım Cənubi Qafqazın tranzit əhəmiyyətini daha da artırır. Azərbaycan və Gürcüstan uzun illərdir ki, Şərq ilə Qərb arasında birləşdirici dəhliz funksiyasını uğurla icra edir. Dəmir yolunun aktiv fəaliyyəti regionda sabitliyin, əməkdaşlığın və iqtisadi inteqrasiyanın möhkəmlənməsinə töhfə verir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05