!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bu qızın ağzından dürr tökülür, dürr…

!Reklam – Yazi

1005949_496347840434036_916239748_n_1e3d284e4e75771824643dec69fe29be

Yenicag.az xəbər verir ki, Ailəm.az-ın “Qadın…” rubrikasının budəfəki qonağı aparıcı Zəhra Rüstəm Osmanovadır. Zəhra xanımın fikirləri aşağıdakılardır:

1. Üzünüzdə vaxtında əvvəl qırışlar yaranıbsa, bu, heç də sizin çətin həyat sürdüyünüzə işarə deyil, ola bilsin ki, həyatınız gülərək keçib.

2. Kişiləri diqqətdə və nəzarətdə saxlamağın bir yolu var: onlara azadlıq vermək!

3. Əgər yoldaşınız sizin bişirdiyiniz yeməyi bəyənmirsə, dava salmayın. Gülümsəyin və şərait yaradın növbəti dəfə o bişirsin. İnanın, cəhdiniz boşa getməyəcək.

4. Kişilərin yanında onların həqiqətən də güclü olduqlarını hiss etdirin. Belə olan halda siz öz gücünüzü göstərmiş olacaqsınız.

5. Əgər ailə qurduqdan sonra yoldaşınıza ancaq evə alınacaq şeylər haqqında yazırsınızsa, həyəcan təbili çalınmalıdır. Sonra da kişilərin xəyanətindən danışmayın. Çünki kişilərin ürəyinə gedən yol hər zaman mədəsindən keçmir.

6. Sosial şəbəkələrdə həyat yoldaşınız başqa birisi ilə “flört” edirsə, bu, heç də o demək deyil ki, sizi sevmir. Görməzlikdən gəlin. Kişilər uşaq kimidir, imkan verin, yeni oyuncağı ilə doyunca oynasın. Axır-əvvəl bezib, öz real həyatına qayıdacaq.

7. Həyatı rahat yaşamaq üçün qadınların baxış nöqtəsi: ən xırda şeylərdə belə, gözəllik axtarmaq və heç nəyi qəlizləşdirməmək.

8. Əgər qısqanırıqsa, bu, o demək deyil ki, özümüzə güvənmirik, əslində sevdiklərimizi kiminləsə paylaşmaqdan xoşumuz gəlmir.

9. Özünüzü həmişə diqqətdə saxlamağın bir yolu var, o da başqasına qarşı edilən diqqətsizlik.

10. Ailə qurmağa çox da həvəslənib tələsməyin. Çünki bütün problemlər bundan sonra başlayır. Ancaq daxilində həqiqi güc sahibi bu yükün öhdəsindən gələ bilər.

www.yenicag.az

871
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv