Bu rayonlara yağış yağır

media-hightechnic-468x90

Oktyabrın 10-u saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin səhər saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağır, şimşək çaxır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 2, Qax və Balakəndə 1 mm-dir.

Eyni zamanda, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Daşkəsən və Naftalanda 28, Şahbuzda 26, Mingəçevirdə 25, Goranboyda 23, Yardımlıda 20, Gəncədə 18, Gədəbəy, Bərdə, Şəki, Ağdam və Oğuzda 16 m/s-dək güclənir.

Sumqayıt, Çilov adası, Daşkəsən, Şəmkir, Şamaxı, Qobustan, Qusar, Xaltan, Zərdab, Göyçay, Yevlax, Beyləqan, Sabirabad və Biləsuvarda isə duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05