Bu rayonlarda qaz kəsiləcək
Qəbələ rayonunun Nohurqışlaq kəndi və Oğuz rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Nohurqışlaq kəndi ərazisində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş Mehdiyev Elvin Telman oğluna məxsus torpaq sahəsindən keçən D108 mm-lik aşağı təzyiqli qaz xəttinin və Şabəddinov Mansur Ağalar oğluna məxsus torpaq sahəsinin qarşısından keçən D=57 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Nohurqışlaq kəndində 350 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Oğuz rayonunun Kərimli kəndi ərazisində D219 mm-lik yerüstü orta təzyiqli daşıyıcı qaz xətti üzərində ölçü qovşağının quraşdırılması ilə əlaqədar olaraq, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Xaçmaz, Xaçmaz Qışlaq, Dəymədərə, Sincan, Tərkeş, Dəymədağlı, Böyük Söyüdlü və Qarabulaq kəndlərində ümumilikdə 2 244 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.