Operativ Qərargah avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısı açıqlayıb.
Yenicag.az xəbər verir ki, bunlar aşağıdakılardır:
– Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;
– maşın və avadanlıqların istehsalı;
– elektrik avadanlıqlarının istehsalı;
– kompüter, elektron və optik məhsulların istehsalı;
– avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
– sair nəqliyyat vasitələrinin istehsalı;
– poliqrafiya məhsullarının istehsalı;
– zərgərlik məmulatlarının istehsalı;
– musiqi alətləri, idman mallarının istehsalı;
– geyim istehsalı;
– toxuculuq sənayesi;
– ayaqqabıların istehsalı;
– dəri və dəri məmulatlarının istehsalı;
– tütün məmulatlarının istehsalı;
– sair sənaye məhsullarının istehsalı.
www.yenicag.az